az ru en

Xəbərlər


12/12/2018

"FOLLMANN" şirkətinin rəhbər şəxsləri xanımları ilə birlikdə "FAB Boya"da

04.10.2018-ci il tarixində Almaniyanın "FOLLMANN” şirkətinin rəhbər şəxsləri- Dr.Valter Andreas, Dr.Yorqt Zoybert, Mark Şmitt və onların xanımları- Qalina Valter, Bricit Zoybert, Melani Best "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Qonaqları şirkətimizin təsisçisi Anar Əliyev ilə baş direktor Kənan Məhərrəmov qarşıladılar. Görüş xoş əhval-ruhiyyədə keçdi. Qonaqlara "FAB Boya”nın fəaliyyəti, istehsal sahələri haqqında ətraflı məlumat verildi.

Dünyanın öncül kimya sənayesi şirkətlərindən sayılan "FOLLMANN” kağız və qablaşdırma üçün çap boyaları, mürəkkəb, habelə divar kağızları, texniki tekstil, ağac, kağız yapışdırıcılar üçün plastizol (maye PVC) və mikrokapsullaşdırılmış ətirlərin istehsalı ilə məşğuldur.

"FAB Boya” olaraq hörmətli qonaqlara şəxsi və işgüzar həyatlarında uğurlar arzulayırıq.


 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet