az ru en

Xəbərlər


23/09/2018

"HYOSUNG" və "TELKO" şirkətlərinin nümayəndələri "FAB Boya"da

    12.09.2018- ci il tarixində Cənubi Koreyanın "HYOSUNG” şirkətinin ixracat meneceri Kı Hyuck Lee, "TELKO Ukraine” LLC-nin Polimer xammal bölməsinin menecer assistenti Yekaterina İvanovna İqnatyeva və "TELKO” şirkətinin Azərbaycan və Gürcüstan üzrə meneceri Asəf Bayramov "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Qonaqları şirkətimizin baş direktoru Kənan Məhərrəmov qarşıladı. Görüş zamanı onlara ”FAB Boya”nın fəaliyyəti, istehsal sahələri haqqında ətraflı məlumat verildi, tərəfdaşlıq məsələləri müzakirə edildi.

     Qeyd edək ki,  "FAB Boya və Kimya Sənayesi”MMC "HYOSUNG” və "TELKO” şirkətləri ilə bir neçə ildir ki əməkdaşlıq edir. 1966- cı ildə əsası qoyulan "HYOSUNG” Korparasiyası kimya sənayesi, informasiya texnologiyaları ,inşaat kimi müxtəlif sahələr üzrə fəaliyyət göstərir. "ASPO GROUP”un tərkibinə daxil olan "TELKO”nun bir hissəsi sayılan "TELKO UKRAİNE” isə 2004- cü ildə yaradılıb."TELKO UKRAİNE” dünyanın məşhur kimya və plastik sənayesi şirkətlərinin polimer xammal təlabatını qarşılayan distribüter vəzifəsini icra edir.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet