az ru en

Xəbərlər


16/07/2018

"Крокус" firmasının nümayəndələri qonağımız oldu

03.07.2018- ci il tarixində Ukraynanın ən böyük divar kağızı istehsalçılarından sayılan "Крокус” firmasının direktou Sofiya Kuçeryavenko və satış müdiri Yevgeniy Burlyayev növbəti dəfə "FAB Boya və Kimya Sənayesi” MMC-də oldular. Qonaqları şirkətimizin satınalma müdiri Azər Əliyev qarşıladı. Görüş zamanı onlara yeni istehsal sahələrimiz haqqında ətraflı məlumat verildi, qarşılıqlı tərədaşlıq məsələləri müzakirə edildi.

"Крокус” firmasının əsası 1994- cu ildə qoyulub. Odessa şəhərində fəaliyyət göstərən şirkət Avropa standartlarına uyğun hazırlanan, ekoloji cəhətdən təmiz, hər zövqə, məkana uyğun, keyfiyyətli divar kağızları ilə istehlakçıların rəğbətini qazanıb.

 Qeyd edək ki, "FAB Boya və Kimya Sənayesi” MMC ilə "Крокус” firması  on ilə yaxındır ki əməkdaşlıq edir.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet