az ru en

Xəbərlər


17/08/2018

"FAB Boya" növbəti xeyriyyə aksiyasını həyata keçirdi

"FAB Boya və Kimya Sənayesi” MMC Ramazan bayramı ərəfəsində növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət 12-13.06.2018-ci il tarixində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Suraxanı Rayon Təşkilatının, "Əlil Körpələrə Yardım” İctimai Birliyinin, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin Xocalı və Binəqədi rayon bölmələrinin üzvlərinə ərzaq məhsulları təqdim edib. Azərbaycan Respublikası Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinə isə maddi yardım göstərilib. Ümumilikdə 50-yə yaxın ailəyə ərzaq məhsulları və maddi yardım edilib.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet