az ru en

Xəbərlər


16/10/2018

S.Streltsov və J.Wang "FAB Boya"da məlumatlandırıcı seminar keçiblər

13.06.2018- ci il tarixində "Yangquan Zhongjia Abrasives CO.,LTD”nin nümayəndələri "FAB Boya və Kimya Sənayesi” MMC-də məlumatlandırıcı seminar keçiblər.Şirkətin Rusiya üzrə hissədarı Sergey Streltsov və ixracat müdiri Jeffery Wang satınalma bölməsinin əməkdaşlarına məhsulların tanıtım metodları haqqında məlumatlar veriblər.

Çinin məşhur şirkətlərindən sayılan "Yangquan Zhongjia Abrasives CO.,LTD”nin əsası 1993-cü ildə qoyulub. İlk vaxtlar  Shenzhen Sollit Abrasives Technology Development Co., Ltd adı ilə fəaliyyət göstərib. Şirkət kəsici disklərin istehsalı ilə məşğuldur və bu sahədə ən son texnologiyaya, keyfiyyətə nəzarət sisteminə,təcrübəyə sahibdir.

"Yangquan Zhongjia Abrasives CO.,LTD” ISO 9001: 2000 Keyfiyyət Sertifikatı və Alman MPA Məhsul Təhlükəsizliyi Sertifikatlarına layiq görülüb.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet