az ru en

Xəbərlər


17/08/2018

"ADA" Universitetinin tələbələri "FAB Boya"da

Keyfiyyətli məhsulları ilə istehlakçıların rəğbətini qazanan, Azərbaycan inşaat sektorunun məhşur brendlərindən sayılan,fəaliyyətini ölkə iqtisadiyyatının inkişafı istiqamətində quran "FAB Boya və Kimya Sənayesi” MMC savadlı kadrların formalaşdırılması yönündə səy və bacarıqlarını əsirgəmir. Orta və ali təhsil ocaqlarının nümayəndələri tez-tez şirkətin tabeliyindəki zavod və fabriklərdə ekskursiyalara cəlb olunur. Məqsəd onları nəzəri biliklərin istehsalata tətbiqi ilə əyani şəkildə tanış etmək, yerli, peşəkar mütəxəssislərin yetişdirilməsinə dəstək göstərməkdir.

Bu xoşməramlı missiyanın davamı kimi 07.06.2018- ci il tarixində Azərbaycan Diplomatik Akademiyasının bir qrup tələbəsi, Biznes Məktəbinin Karyera Məsləhətçisi Günel Əsgərova, İnformasiya Texnologiya və Mühəndislik məktəbinin Karyera Məsləhətçisi Nərmin Mansurova  FAB Boyanın qonağı oldular. Şirkətimizin istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyalarını yaxından izlədilər. "ADA”nın tələbələrinə istehsalat prosesi, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı.

Zavod və fabriklərlə tanışlıqdan sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Əliyevlə görüş keçirildi. Toplantıda "FAB Boya” şirkəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi.  Anar Əliyev uğur qazanmanın sirləri ilə bağlı təcrübələrini tələbələrlə bölüşdü. Gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı. Qonaqlara simvolik hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi. Daha sonra tələbələr çay süfrəsinə dəvət edildi.

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet