az ru en

Xəbərlər


16/10/2018

Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri "FAB Boya"nın qonağı oldular

    Ölkə iqtisadiyyatının inkişafı yolunda  səy və bacarığını əsirgəməyən, fəaliyyətini bu istiqamətdə quran "FAB Boya və Kimya Sənayesi" MMC gənclərlə daim sıx əlaqələr yaradır. Məqsəd onları nəzəri biliklərin istehsalata tətbiqi ilə əyani şəkildə tanış etmək, yerli ,savadlı kadrların formalaşdırılmasına dəstək göstərməkdir.

   02.06.2018-ci il tarixində  şirkətimizin qonağı Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri idilər. Qonaqlar "FAB Boya"nın istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyaları, həmçinin hazır məhsulun depolanması proseslərini yaxından izlədilər. Çoxsaylı sualları cavablandıran şirkət əməkdaşları gənclərlə ünsiyyətdən, həmçinin onların bilik səviyyəsindən və təhsilə, istehsalat sahəsinə göstərdikləri maraqdan məmnun qaldıqlarını vurğuladılar.

    "FAB Boya və Kimya Sənayesi" MMC adından Gənc Mühəndislər Cəmiyyətinin üzvlərinə, cəmiyyətin sədri Elvin Səfərli başda olmaqla həyatda və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

     Görüşün sonunda qonaqlar nahar süfrəsinə dəvət olundular və simvolik hədiyyələrlə təltifləndirildilər.

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet