az ru en

Xəbərlər


19/06/2018

"Azercell Telekom" MMC-nin rəhbərliyi "Fab Boya"da

01.06.2018- ci il tarixində "Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəlov, B2B Departamentinin müdiri Müşfiq Əliyev, Koporativ Satış şöbəsinin müdiri Rüfət Sadıxov, Xüsusi Əhəmiyyətli Müştərilər Seqmentinin İdarə edilməsi bölümünün rəhbəri Samirə Səmədova, Xüsusi Əhəmiyyətli Müştərilər Seqmentinin İdarə edilməsi bölümünün Aparıcı Satış Koordinatoru Cavanşir Gözəlov, Maliyyə Departamentinin rəhbəri Ənvər Abbasov, Strategiya və İnnovasiya şöbəsinin ,"Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin rəhbəri İmran Bağırov "FAB Boya və Kimya Sənayesi” MMC-nin qonağı olublar. Nümayəndə heyətini "FAB Boya və Kimya Sənayesi” MMC-nin təsisçisi Anar Əliyev qarşılayıb. Qonaqlar şirkətimizin tərkibindəki fabriklərin iş prosesini yaxından izləyiblər. Daha sonra görüş çay süfrəsi arxasında davam etdirilib. Qonaqlara  şirkətimizin fəaliyyəti, yeni fabrikləri, məhsulları haqqında ətraflı məlumat verilib, işgüzar tərəfdaşlıq məsələləri müzakirə olunub.  

Xatırladaq ki, ölkənin telekommunikasiya bazarının lider operatoru"Azercell Telekom” MMC 1996-cı ilin yanvarında təsis edilib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü çalışan ön ofis xidmətləri, M2M xidmətləri, onlayn və sosial media üzərindən müştəri xidmətləri və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet