az ru en

Tədbirlər


25/09/2019

FAB Boya və Kimya Sənayesi MMC müsabiqə elan edir

           DİQQƏT! 


FAB BOYA VƏ KİMYA SƏNAYESİ MMC "FAB PAYIZIN RƏNGLƏRİ İLƏ" ADLI FOTO MÜSABİQƏ ELAN EDİR.


MÜSABİQƏNİN ŞƏRTLƏRİ:

     1. Müsabiqəyə peşəkar fotoqraflar, foto həvəskarları FAB məhsullarından hər hansı birinin yer aldığı, payız fəslini əks etdirən təbiət fonlu fotoları ilə qatıla bilərlər.(fabboya.az saytında məhsullarla tanış ola bilərsiniz.)

       2. Yaş məhdudiyyəti yoxdur.

        3. Hər iştirakçı yarışmaya bir foto ilə qatıla bilər.

        4. Əlavə olunmuş faylda iştirakçı ad, soyad, ata adı və telefon nömrəsini qeyd etməlidir.

        5. Təqdim olunan fotolar rəngli və ya ağ-qara ola bilər.

      6. Foto orijinal olmalıdır. Fotoredaktorda işlənmiş fotolar qəbul edilməyəcək. (Hazır şəkilləri photoshopda və ya digər foto-redaktə proqramlarında yığmaq və ya düzəliş vermək olmaz. Sadəcə rəngləmək olar.)

        7. Fotoların üzərində müəllif öz imzasını və ya loqosunu yerləşdirə bilməz.

      8.  Başqalarına məxsus işlərin mənimsənilməsinə icazə verilmir.(Köçürmə, müdaxilə aşkarlanan işlər yarışmadan uzaqlaşdırılacaq.)

      9.  Mənəvi, etik normaları pozan fotolar qəbul edilməyəcək.

     10. İştirakçı yarışamaya təqdim etdiyi fotonun üçüncü şəxsin hüququnu pozmadığına zəmanət verir.

   11. Müsabiqəyə qatılanlar  "FAB Boya və Kimya Sənayesi” MMC-nin rəsmi facebook, instaqram səhifələrini bəyənməli və yarışmanın postunu hamıya açıq (public) formada şəxsi facebook hesablarındapaylaşmalıdırlar.

      12.  Fotolar "FAB Boya və Kimya Sənayesi” MMC-nin rəsmi facebook səhifəsinin mesaj qutusuna göndərilməlidir.(Şəklin sahibi öz facebook və instagram ünvanlarını da qeyd etməlidir.)

      13.  Göndərilən fotolar şirkətin reklam xarakterli işlərində (billboard, post və s.) istifadə edilə bilər.

      14.  Bütün şərtlərə əməl edib-etmədiyiniz araşdırıldıqdan sonra fotolar şirkətin sosial şəbəkə hesablarında həftədə bir dəfə paylaşılacaq.

      15.  Şirkətin PR və Reklam departamenti əməkdaşlarından ibarət peşəkar  heyət tərəfindən 3 ən yaxşı  foto seçiləcək. Qaliblər müvafiq nominasiyalar üzrə mükafatlandırılacaqlar.

MÜKAFAT:  I yer -500 azn; II yer 300 azn;  III yer 200 azn

16. Müsabiqə 26.IX.2019 tarixindən 15.XI.2019- cu il tarixinədək davam edəcək.

 



Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet