az ru en

Tədbirlər


26/05/2018

"FAB Boya" daxili futbol çempionatı 2018 başa çatdı

26.05.2018- ci il tarixində "Fab Boya və Kimya Sənayesi MMC”nin təsisçisi Səfər Əliyevin xatirəsinə həsr olunmuş daxili FUTBOL ÇEMPİONATI 2018-in final oyunu və möhtəşəm bağlanış mərasimi keçirildi. Final matçı Omid mağazası (Ə.Rəcəbli)” və "FAB İstehsalat (Boya)” f/k-ları arasında baş tutdu. Komandalar meydançaya dəvət olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və sülhün,əmin-amanlığın rəmzi sayılan göyərçinlər səmaya buraxıldıqdan sonra oyuna start verildi. Çempionatın qalibi adı uğrunda gedən gərgin mübarizədə 2-1 hesabı ilə "FAB İstehsalat (Boya)” komandası qələbə qazandı. 

Final matçının ardınca mükafatlandırma mərasiminə və tədbirin bədii hissəsinə başlanıldı. Cəngi musiqisinin sədaları altında I,II və III yerə çıxmış komandalar mərkəzə dəvət olundu. Qalib komandalara medallar təqdim edildi. Oyunları yüksək dərəcədə idarə etdiklərinə görə beynəlxalq dərəcəli hakim Anar Salmanov, yan xətt hakimləri Fərid Hacıyev,Tural Qurbanov diplomlarla , FAB Boyalarının satış müdiri Polad Əlişov "Ən yaxşı texiki direktor”, Mehdi Əliyev ”Ən yaxşı qapıçı” və Oruc Quliyev "Ən yaxşı hücumçu” nominasiyalarında təltifləndirildilər.

Mükafatlandırılma mərasimindən sonra meydançaya gətirilən kubok "Fab Boya və Kimya Sənayesi MMC”nin təsisçisi Müşfiq Əliyev tərəfindən qalib komandaya təqdim edildi. Tədbir konsert proqramı ilə başa çatdı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet