az ru en

Tədbirlər


26/04/2018

Bir Qrup əməkdaşımız Mükafatlandırıldı

  26.04.2018 – ci il tarixində "FAB Boya və Kimya Sənayesi MMC”nin bir qrup əməkdaşı ictimai işlərdə fəal iştiraklarına görə mükafatlandırılıb. Şirkətin 15 nəfər əməkdaşına - Etibar Bağırov, Sahib Şavruqov, Abbas Allahverdiyev, Cabir Zeynalov, Elnur Əsgərov, Nicat Əkbərov, Yengibar Qafarov, Tamerlan Qocalı, Vüsal İsmayılov, Bəhruz Əhmədov, Müqabil Tarverdiyev, Elgün Əhmədov, İntiqam Quliyev,Səməd Yusifov və Pərviz Talıbova hədiyyələr təqdim olunub. "FAB Boya və Kimya SənayesiMMC”nin Baş Direktoru Kənan Məhərrəmov çıxışında istənilən bir qurumun peşəkar komanda sayəsində uğur qazandığını, inkişafın yalnız standart iş qrafiki ilə deyil, ictimai fəaliyyətlə də əldə olunduğunu vurğulayıb. FAB Boya ailəsinin hər bir fərdinin istər sosial, istərsə də ictimai işlərdə səylə, məsuliyyətlə iştirak etdiklərini diqqətə çatdırıb. Kənan Məhərrəmov kollektivə uğurlar arzulayıb və bu tendensiyanın davamlılığını tövsiyyə edib.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet