az ru en

Tədbirlər


28/03/2018

FAB BOYA – RƏNGLƏRİN BAHAR TƏRAVƏTİNDƏ

  Mart ayının 19 da Heydər Əliyev Fondunun "Regional İnkişaf " İçtimai Birliyi , Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Fab Boya və Kimya Sənayesi MMC və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə "Rənglərin bahar təravəti” adlı dekorativ tətbiqi sənət əsərlərinin açıq hava sərgisi təşkil olundu . Sərgidə altımışdan cox rəssamın əsərləri nümayiş olundu. Onu da qeyd edək ki, əl işləri xüsusi hazırlanmış 70 sm x 50 sm ölçüdə yumurta maketlərinin üzərinə çəkilib. Novruz bayramı günlərində həyata keçirilən layihənin məqsədi milli-adət ənənələrimizi yaşatmaq, eyni zamanda, yaradıcı gənclərə dəstək olmaqdır.Altımışdan çox rəssamin iştirak etdiyi bu sərgi gözəlliyi və qeyri-adiliyi ilə şəhərimizin sakinləri və gələn qonaqların marağına səbəb olmuşdur.Onu da qeyd edək ki qaliblə səsvermə yolu ilə təyin edilmişdir. Üç gün ərzində səsvermədə on minə yaxın ınsan iştirak etmişdir.Ümümlikdə isə sərgiyə beş yüz mindən çox tamaşacı gəlmişdir.

  28 mart 2018 ci il tarixində Dənizkənarı Milli Parkda qaliblərin təntənəli mükafatlandırma mərasimi təşkil olundu. TədbirdəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə müşaviri Emin Məmmədov, "Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova və "FAB Boya və Kimya Sənayesi” MMC-nin direktoru Kənan Məhərrəmov çıxış edərək sərginin istedadlı gənclərin üzə çıxarılmasında, o cümlədən milli-adət ənənələrimizin qorunması və təbliğində oynadığı roldan danışıblar. Qeyd edilib ki, Heydər Əliyev Fondunun mənəvi irsimizin qorunması istiqamətində gördüyü işlər, təşkil etdiyi sosial layihələr təqdirəlayiqdir. Çıxışlar zamanı yaradıcı gənclərin rəngarəng əl işlərinin paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarının və turistlərin də diqqətini cəlb etdiyi vurğulanıb, onlara uğurlar arzulanıb.

  Daha sonra mükafatlandırma mərasimi başlayıb. Sərgidə ilk üç yeri Ülviyyə Əliyeva, Jalə Əzizova və Rima Əliyeva tutublar. İlk üç yerin qaliblərinə, o cümlədən həvəsləndirici pillələrin sahiblərinə diplom, sertifikat, pul mükafatları və müxtəlif hədiyyələr də verildi.

  Xatırladaq ki, sərgidə:

I-yer 800 m, II-yer 600 m, III-yer 400 m, həvəsləndirici yerlər isə 200 m pul mükafatı, diplom , sertifikat və hədiyyələrlə mükafatlandırıldı.

Sərginin əsas mukafatına layiq görülməyən bütün iştirakşılara sertifikat və 100 m pul mukaftı və 200 m dəyərində hədiyyələrlə təqdim olundu.

 





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet