az ru en

Tədbirlər


31/12/2017

FAB Boyada Yeni il şənliyi

30 dekabr 2017 ci il tarixində "Fab Boya və Kimya Sənayesi” MMC - də   Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə "Fab Boyaları”nın Baş direktoru Kənan Məhərrəmov açaraq tədbir iştirakçılarını salamladı, onları qarşıdan gələn bayram münasıbəti ilə təbrik etdi. Daha sonra "Fab Boyaları” sirkətinin Təsisçisi Anar Əliyev tədbir iştirakçılarına Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixindən və sahibkarlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Musiqili-əyləncəli proqram iştirakçılarda xoş, mənalı, yaddaqalan ovqat yaratdı . Müğənnilərin, Şaxta baba və Qar qızın çıxışları  alqışlarla qarşılandı.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet