az ru en

Tədbirlər


19/11/2017

Görkəmli kinodramaturq Baba Vəziroğlu qonağımızdır

  09.09.2017-ci il tarixdə nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Fab Boya və Kimya Sənayesi MMC-nin qonağı oldu. Şirkətimizin Baş direktoru Kənan Məhərrəmov qonağı FAB BOYA-nın fabrikləri, o cümlədən "HILLFAN" boru və plastik məhsulların istehsalı fabriki, keyfiyyətə nəzarət laboratoriyaları, hazır məhsulun depolanması və saxlanılması prosesləri ilə tanış etdi. Onu da qeydedək ki, Baba müəllim eyni zamanda Fab Boyalarının təşkil etdiyi şeir müsabiqəsinin münsiflərindən biridir. Hazırda münsiflər tərəfindən müsabiqənin finalçıları müəyyənləşdirilir, yaxın günlərdə ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək və təltifetmə mərasimi keçiriləcək.
  Fab Boya və Kimya Sənayesi MMC-nin kollektivi adından Baba müəllimə təşəkkürümüzü bildirir, ona can sağlığı, şəxsi həyatında və yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.


 




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet