az ru en

Seminarlar


16/10/2018

"Uğura aparan yol" adlı seminar keçirilmişdir.

  07.05.2018-ci il tarixində "FAB Akademiyası"nın konfrans zalında şirkətin satış heyəti üçün "Uğura aparan yol" adlı seminar keçirilmişdir. Seminarı təqdim edən "FAB Boya və Kimya Sənayesi" MMC-nin Satış müdiri Ramin Şərifov şirkətin satış və marketinq təmsilçilərinə şəxsi inkişaf, şirkət sevgisi və motivasiya ilə bağlı təlim keçmişdir. Seminar zamanı qeyd olunan mövzularla əlaqədar dünya miqyasında tanınmış iqtisadçılar və marketinq mütəxəssislərinin fikirlərindən və təcrübələrindən sitatlar gətirilmişdir. Seminar satış sektoru əməkdaşlarında praktiki biliklərin və təcrübənin inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur.
Seminarın sonunda Ramin Şərifov bildirdi ki, yaxın gələcəkdə bu mövzular üzərində daha geniş və ətraflı məlumatlar və praktiki məşğələlər keçiriləcəkdir.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet