az ru en

Seminarlar


27/09/2014

FAB BOYANIN USTALAR ÜÇÜN NÖVBƏTİ SEMİNAR-TANITIM LAYİHƏSİ

        Bildiyiniz kimi, 2014- cü ilin əvvəlində "FAB Boya və Kimya Sənayesi” MMC- nin nəzdində "FAB Akademiyası” fəaliyyətə başlamışdır. Burada, artıq bir neçə maraqlı layihələr həyata keçirilməkdədir. Bunlardan biri də cari ilin sentyabr ayında start götürmüş, "FAB Boya” MMC- nin idxal etdiyi, dünyanın ən məşhur şirkətlərinin istehsalı olan istilik sistemlərinin quraşdırılması, işə salınması və istismarına dair təlim - seminar proqramıdır. Proqramın iştirakçıları, əsasən, respublikamızın müxtəlif bölgələrindən: Ağsu, Ağcabədi, Şəki, Astara, Xaçmaz, Kürdəmir, Sabirabad, Lənkəran rayonları, eləcə də, Gəncə şəhərindən olan, santexnika və istilik sistemləri üzrə ixtisaslaşmış, kifayət qədər təcrübəyə malik ustalar oldu.

Proqrama başlamazdan əvvəl, ustalar Azərbaycanın inşaat məhsulları bazarında öz keyfiyyətli məhsulları və müştəriyə yüksək səviyyəli xidməti ilə öndə gedən "FAB Boya”-nın fabrik və Keyfiyyətə Nəzarət Laboratoriyalarını gəzərək, burada keçirilən istehsal və hazır məhsula nəzarət prosesləri, məhsulun istifadə və saxlanılması qaydaları ilə yaxından tanış olmuş, şirkətdə qurulan iş sistemindən məmnun qaldıqlarını bildirmişlər. Şirkətin fabrik və bölmə rəhbərləri isə öz növbəsində qonaqları maraqlandıran sualları cavablandırdılar. Seminar iştirakçılarına "FAB Boya” MMC-nin tarixi haqqında şifahi məlumat verildi. "FAB Akademiyası”-nı gəzən iştirakçılar burada gedən iş prosesləri ilə ətraflı tanış olduqdan sonra sinif otağına keçərək, "FAB Boya” MMC-nin yaranma və inkişaf tarixinə həsr olunmuş qısametrajlı filmi izlədilər. Ardından şirkətimizin sahibi, eyni zamanda, layihənin təşkilatçısı Şaiq Əliyev və istilik sistemləri üzrə satış meneceri Vüqar Hasilov seminar iştirakçılarına Almaniyanın "BOSCH” şirkətinin istehsalı olan istilik sistemləri haqqında ətraflı məlumat verdilər.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet