az ru en

Məktəblilərlə görüş


21/09/2019

211 nömrəli məktəbin şagirdləri "FAB Boya"da

18.05.2019-cu il tarixində Bakı şəhəri,Nəsimi rayonu A.Abdullayev adına 211 nömrəli tam orta məktəbin 6-ci sinif şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Gəzinti zamanı məktəblilər məhsulların hazırlanma texnologiyası, tətbiq sahələri, sınaq prosesləri ilə əyani şəkildə tanış oldular. Şagirdlərə şirkətimizin keyfiyyət siyasəti və "FAB Akademiyası” laboratoriyalarında görülən işlərlə bağlı məlumatlar verildi. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Sonda şirkətimiz adından ekskursiya iştirakçılarına hədiyyələr təqdim olundu, xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet