az ru en

Məktəblilərlə görüş


21/09/2019

Liderlik məktəbinin şagirdləri "FAB Boya"da

        20.04.2019-cu il tarixində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbinin şagirdləri "FAB Boya və Kimya Sənayesi”MMC-də ekskursiyada oldular. Şirkətimizin istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyalarını yaxından izlədilər. Məktəblilərə istehsalat prosesi, tətbiq edilən müasir texnologiya və avadanlıqlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı. Daha sonra FAB Akademiyasının konfrans zalında "FAB Boya”nın fəaliyyəti haqqında hazırlanan videomaterial nümayiş etdirildi. Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbinin üzvləri göstərilən diqqət və qayğıya görə təmsil etdikləri təşkilat adından şirkətimizə təşəkkürlərini bildirdilər. Sonda "FAB Boya” adından şagirdlərə  hədiyyələr təqdim edildi,xatirə şəkli çəkdirildi.




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet