az ru en

Məktəblilərlə görüş


19/11/2017

,,Kiçik Damlalar"qrupunun üzvləri qonağımızdır

  08.04.2017-ci il tarixində "Damla” İctimai Birliyinin ,,Kiçik Damlalar”qrupunun üzvləri, birliyin İctimai Əlaqələr şöbəsinin nümayəndəsi,Valideyn Himayəsindən məhrum olmuş uşaqlarla iş bölməsinin rəhbər müavini Vəfa Zəkizadə, bir qrup valideyn və birliyin digər əməkdaşları "FAB BOYA və Kimya Sənayesi" MMC-nin qonağı oldular. Şirkətimizin əməkdaşı Elvira Məmmədova qonaqları FAB BOYA-nın istehsal sahələri, laboratoriyaları və digər bölmələri ilə yaxından tanış etdi. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkdirildi.

  Birliyin fəaliyyəti barədə qısaca:

  2008-ci ildə birqrup yardımsevər ziyalı xanımın təşəbbüsü ilə fəaliyyətə başlayan , 2010-cu ildə isə rəsmi qeydiyyatdan keçən,"Damla” İctimai Birliyinin əsas fəaliyyət istiqaməti - xeyirsevər insanların dəstəyi və xeyriyyə layihələrinin vasitəsi ilə imkansız ailələrə, fiziki qüsurlu insanlara, ağır xəstələrə, tənha qocalara, valideyn himayəsindən qismən və ya tamamən məhrum uşaqlara maddi, təhsil, tibbi, ərzaq və s. kimi yardımların göstərilməsini təşkil etməkdir. Biz də öz növbəmizdə başda "Damla” İctimai Birliyinin sədri Nigar Abdullayeva olmaqla bütün kollektivinə bu xeyirxah işlərində uğurlar arzulayırıq.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet