az ru en

Məktəblilərlə görüş


30/11/2014

"FABBOYA" NIN MƏKTƏBLİLƏR ÜÇÜN NÖVBƏTİ SEMİNAR PROQRAMI

     Dövlətimizin daima gənc nəslin tərəqqisini düşünərək atdığı real və konkret addımları nəzərə alaraq, "FAB Boya” respublikanın müxtəlif məktəblərində təhsil alan yeniyetmələri şirkətimizin fəaliyyəti ilə tanış etmək, onların dünya görüşünü artırmaq, məktəblilərin hazırda tədris aldıqları və yuxarı siniflərdə tədris alacaqları fənnlər üzrə bilik səviyyələrini daha da zənginləşdirmək, ən əsası isə, gələcəkdə onlara peşə seçimində yardım etmək məqsədi ilə məktəblilər üçün vaxtaşırı tanıtım-seminar proqramları təşkil edir. Bu əhəmiyyətli, əvəzsiz layihənin əsası "FAB Boya” nın qurucusu mərhum Səfər Əliyev tərəfindən2013- cü ildə qoyuldu.

Məlum olduğu kimi, "FAB Boya” uşaqlar üçün ilk seminar proqramını həmin ilin may ayında həyata keçirdi. Mərhum Səfər Əliyevin qoyduğu əvəzsiz, son dərəcə əhəmiyyətli bir ənənəni davam etdirərək, "FAB Boya” növbəti belə seminar proqramlarını bu ilin noyabr ayında Bakı şəhərinin iki ümumtəhsil ocağı - Nəsimi rayon İ. Əfəndiyev adına Elitar Gimnaziya və Nizami rayon 220 saylı məktəb - liseyin şagirdləri üçün təşkil etdi. "FAB Boya” bu seminar proqramlarını şirkətimizin yaradıcısı Səfər Əliyevin əziz xatirəsinə ithaf edir.

Seminarın aparıcısı zavodumuza dəvət olunan uşaqları, müəllim və valideyn heyətini salamlayaraq, bütün bölmələrini gəzərək, uşaqlar, burada həyata keçirilən keramika yapışdırıcılarının, elektrik məhsullarının, boya istehsalı, hazır məhsulun depolanması və dağıtımı proseslərinin canlı şahidi oldular.

Şirkətimizin Keyfiyyətə Nəzarət Laboratoriyalarında davam edən həyata keçirilən müxtəlif rəngli boyaların rənglənməsi prosesi məktəblilərin marağına və sevincinə səbəb oldu.

Onlar sevimli rənglərdən aldıqları təəssüratları ilə bizimlə həvəslə bölüşdülər. Seminar proqramının konfrans zalında davam edən hissəsində uşaqlara boyanın yaranma, inkişaf tarixi haqqında, habelə istehsalı prosesindən, tərkibi və çeşidləri və təyinatı haqqında məlumat verildi.

Daha sonra gənc dinləyicilərin çoxsaylı sualları cavablandırıldı. Ardınca uşaqlar"FAB Boya” - nın tarixinə həsr olunmuş qısametrajlı filmi və boyaya aid yumoristik parçalar izlədilər. Seminar proqramının növbəti mərhələsi dadlı, ləzzətli yemək və çay süfrəsi ilə davam etdi. Seminar-tanıtım proqramı məktəblilərə sertifikat və hədiyyələrin təqdimolunma mərasimi ilə yekunlaşdırıldı.





Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet