az ru en

Məktəblilərlə görüş


19/11/2017

"FAB Boya və Kimya Sənayesi" MMC 2014-cü ildə də şagirdlərə seminarlar təşkil etmişdir.

2013-cü ildən etibarən uğurlu layihə ilə yadda qalan "FAB Boya və Kimya Sənayesi” MMC 2014-cü ildə də Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan şagirdləri şirkətin əsas fabrikinə dəvət edərək gəzintilər təşkil etmişdir. Şagirdləri fabrikimizlə və istehsal proseslərimiz ilə tanış edərək onların dünya görüşünü və biliyini artırmaq istəyirik. Şirkətimizin fabriklərində quraşdırılan avadanlıqlar və tam avtomatik quraşdırılan cihazlar qonaqlarımızın diqqətini cəlb etdi. Onları maraqlandıran bütün suallar mütəxəssislərimiz tərəfindən cavablandırıldı.
Şirkətin keçdiyi inkişaf yolu və tarixi haqqında şagirdlərə ümumi məlumat verildi. Daha sonra məktəblilər fabrikimizdə yerləşən "FAB Akademiyası”-nı ziyarət etdilər. Burada əvvəl "Keyfiyyətə nəzarət laboratoriyası”, daha sonra "Polimer laboratoriyası” və "Kafel-metlax yapışdırıcılarının keyfiyyətinə nəzarət laboratoriyası” ilə tanış oldular və boyanın rənglənməsi prosesində iştirak etdilər. 

Daha ətraflı - mətbuat bülletenlərimizdə...




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet