az ru en

Şirkət haqqında


  Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC" 2001 – ci ildən fəaliyyət göstərir. Şirkətimiz ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal etmişdir. Müəssisəmizdə 2006 –cı ildən Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən "Polimerlər" fabriki fəaliyyətə başlamışdır. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir. 2012 – ci ildə isə mövcud fabriklər sırasına tam avtomatlaşdırılmış və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş "FABKİM" Kafel və Metlax yapışdırıcları "HİLLFAN" plastik məhsullar fabrikləri də əlavə olunmuşdur.

  Dövlət Standartlaşdırma və Metrologiya İdarəsinin Texniki Akkreditasiya Sertifikatına, 2004-cü ildə İSO 9001: 2000 Beynəlxalq Sertifkatına, 2010-2015-ci illər "İlin Keyfiyyətli Boya Şirkəti" adına layiq görülüb. 2014-cü ildən fəaliyyət göstərən "FAB Akademiyası" I korpusunun tərkibində istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət etmək üçün Almaniya və İngiltərənin istehsalı olan ən müasir ölçmə və sınama aparatları ilə təchiz olunmuş 4 laboratoriyası: Araşdırma və İnkişaf, Keyfiyyətə Nəzarət, Polimerlər, Keramika Yapışdırıcıları laboratoriyaları fəaliyyət göstərir. 2015- ci ildən isə ən müasir standartlara cavab verən və istehsal olunan plastik məhsulların keyfiyyətinə nəzarət edən "FAB Akademiyası"nın II korpusu fəaliyyətə başlamışdır.

  2014-cü ildən öz işinə başlamış "FAB Akademiyası"-nın I korpusu respublikamızın orta məktəb şagirdləri, ali təhsil ocaqlarında təhsil alan tələbələr üçün müxtəlif səpkili tanıtım-seminar, həmçinin ustalar və şirkətin əməkdaşlarının ixtisas dərəcəsinin və kvalifikasiyasının artırılması üçün nəzərdə tutulmuş təlim-seminar proqramlarını özündə əhatə edir.

  Missiyamız cəmiyyətə və ətraf mühitə yararlı olan, ölkə iqtisadiyyatının gücləndirilməsi və parlaq gələcəyin təmin olunmasında əlindən gələni edən, əldə etdiyi nailiyyətlər ilə hədəflərini hər gün yüksəldib, məhsul çeşidlərini hər gün daha da artıran və məhsul istehsalını daha da təkmilləşdirən və bununla da müştəri məmnuniyyətini maksimum səviyyədə təmin edən bir şirkət olmaqdır.

 


Biz "FAB BOYA" şirkəti olaraq Sizinlə bərabər olmaqdan və Sizə xidmət etməkdən hər zaman qürur duyuruq!




Köməkçilərimiz

360 görüntü - virtual gəzinti

Sual-cavab

ustalarameslehet